İnsan Haqları Gözətçisi Trampa xəbərdarlıq etdi
May 21, 2017 17:12 Asia/Baku
-
İnsan Haqları Gözətçisi Trampa xəbərdarlıq etdi
İnsan Haqları Gözətçisi Təşkilatı Səudiyyə Ərəbistanının Yəmənə qarşı cinayətlərinə görə bu ölkəyə silah satılması haqda ABŞ prezidentinə xəbərdarlıq edib.
Əl-Aləm televiziyasının məlumatına görə, İnsan Haqları Gözətçisi Təşkilatı "silah ixracatının artırılmasını Ərəbistanın Yəməndəki cinayətlərinə Trampın mükafatı" başlıqlı hesabatda xəbərdarlıq edib ki, ABŞ-ın dəfələrlə müharibə qanunlarını pozan bir ölkəyə silah satışını davam etdirməsi Amerika rəsmiləri üçün hüquqi təhrik məsuliyyəti yaradacaq və müharibə cinayətlərinə kömək hesab olunacaq.
Bu beynəlxalq təşkilat ABŞ prezidentinin Ərəbistana səfəri ilə yanaşı Trampdan Ərəbistan rəsmilərindən Yəmənə təcavüzdə davranışı dəyişməyə çağırmasını istəyib.
Teqlər