May 22, 2017 10:20 Asia/Baku
  • Yaponlar konstitusiyaya dəyişikliyə qarşı çıxıblar
    Yaponlar konstitusiyaya dəyişikliyə qarşı çıxıblar

Yaponiya xalqı hökumətin konstitusiyaya dəyişiklik qərarına qarşı etiraz aksiyası keçirib.

Sin-Xua xəbər agentliyinin verdiyi məlumata görə, 1800 yapon dünən Yaponiyanın baş naziri Şinzo Abenin bu ölkənin sülhsevər konstitusiyasına dəyişiklik cəhdlərinə qarşı paytaxt Tokioda aksiya keçirib. 

Nümayişçilər Şinzo Abe hökumətinə qarşı şüarlar səsləndirərək konstitusiyaya dəyişikliyə qarşı olduqlarını bildiriblər. 

Yapon nümayişçilər konstitusiya deyil, Yapon hökumətinin siyasətlərinin dəyişməli olduğunu vurğulayaraq hökumətdən sülhü mühafizə etməsi və müharibəyə qarşı olmasını istəyiblər. 

Şinzo Abe hökuməti konstitusiyaya dəyişiklik etməklə Amerika ilə hərbi əməkdaşlıq çərçivəsində ölkədən kənara hərbi qüvvə göndərmək istəyir. 

Yaponiya konstitusiyasına dəyişikliyin əleyhinə olanlar isə bu dəyişikliyin bu ölkənin sülhsevərliyinə  zidd olduğunu və regionda çaxnaşmaya gətirib çıxaracağını bildirirlər. 

Teqlər