Korbin Ərəbistan rejimi ilə ciddi mübarizəni vurğuladı
-
Korbin Ərəbistan rejimi ilə ciddi mübarizəni vurğuladı
Britaniyanın Leyboristlər partiyasının rəhbəri Səudiyyə Ərəbistanı və radikal qrupların maliyyə təminatçısı olan digər ərəb rejimləri ilə ciddi mübarizənin aparılmasını vurğulayıb.
İRİB-in məlumatına görə, Britaniyanın Leyboristlər partiyasının rəhbəri Ceremi Korbin bazar günü deyib: Britaniya Ərəbistan və Fars körfəzinin digər ərəb ölkələri ilə ağır müzakirələr aparmalıdır. Çünki onlar radikallığın hamiləri və onun maliyyə təminatçılarıdır.
Britaniya Leyboristlər partiyasının lideri əlavə edib: Britaniya ictimaiyyətində islamofobiya və boşluqla mübarizə aparılmalıdır. Bu isə gələn cümə axşamı günü parlament seçkilərində iştirakı tələb edir.
Öz partiyasını qarşıdakı seçkilərdə qalib hesab edən Ceremi Korbin bildirib: Ötən şənbə London terror aktlarına rəğmən, seçkilər qərara alınan vaxtda keçirilməlidir.
Britaniya Leyboristlər partiyasının sədri həmçinin baş nazir Tereza Meyi polis əməkdaşlarının sayının azlığına görə tənqid edib və 10 min yeni əməkdaşın işə götürülməsi ilə bağlı vədlərini təkrarlayıb.
Son rəy sorğularının nəticələrinə əsasən, Korbinin başçılıq etdiyi Leyboristlər partiyası Tereza Meyin başçılıq etdiyi hakim Mühafizəkar partiyaya sürətlə yaxınlaşmaqdadır.