London terrraktını törədənlərin hamısı müəyyənləşib
Britaniya baş naziri Londonda son terror aktını törədənlərin hamısının müəyyənləşdiyini bildirib.
İRİB-in məlumatına görə, Britaniya baş naziri Tereza Mey bazar ertəsi günü bildirib: Polis indiyə qədər hər üç şəxsi müəyyənləşdirib və araşdırma prosesində irəliləyiş imkan verdiyi halda London polisi onların adlarını açıqlayacaq.
Tereza Mey əlavə edib: İki məkanda axtarış-əməliyyat tədbirləri nəticəsində London terror aktını törədənlərdən 12 nəfəri hazırda polis təcridxanasındadır.
Şənbə gecə Britaniya paytaxtı London şəhərində iki terror aktında bir neçə şəxs avtomobil və bıçaqla vətəndaşlara hücum ediblər. Nəticədə 7 nəfər həlak olub, onlarla nəfər də yaralanıb.
Bu terror aktları Mançester şəhərində Arena konsert zalında partlayışdan 12 gün və parlament seçkilrəindən 4 gün öncə törədilib.
Yaxın Şərq regionu, xüsusilə də Suriyada yerləşən terrorçulara heç bir yardımı əsirgəməyən qərb ölkələri, o cümlədən Britaniya hal-hazırda İŞİD terrorçularının avropalı üzvlərinin qayıtmaları və terror aktları törətmələrinin şahididir.