Amerika Səudiyyə Ərəbistanı ilə hərbi müqavilələri təsdiqləyib
-
Amerika Səudiyyə Ərəbistanı ilə hərbi müqavilələri təsdiqləyib
ABŞ Dövlət Departamenti ötən ay Səudiyyə Ərəbistanı ilə Amerika başçıları arasında imzalanmış 110 milyard dollar dəyərindəki iki hərbi müqaviləni təsdiqləyib.
ABŞ prezidenti Donald Tramp mayın 2-də Səudiyyə Ərəbistanına reallaşan özünün ilk xarici səfərində bu ölkə ilə 1.4 milyard dollar dəyərində silah müqaviləsi imzaladı. Bu hadisədən sonra ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanının dəniz qoşunlarına 250 milyon dollar dəyərində hərbi xidmət paketinin təqdim olunmasına icazə verdi.
Dövlət Departamenti dünən də yeni bir təşəbbüsdə 750 və 662 milyon dollar dəyərində olan başqa iki hərbi müqaviləni təsdiqləyib.
Amerikan rəsmilərə görə, Trampın Səudiyyə Ərəbistanına səfərində imzalanmış müqavilələrin dəyər baxımından 3-də biri, ABŞ-ın keçmiş hökumətində icazəsi verilmiş müqavilələrdir.