İyun 08, 2017 14:52 Asia/Baku
  • Şimali Koreya yenidən raket sınağı həyata keçirib
    Şimali Koreya yenidən raket sınağı həyata keçirib

Cənubi Koreya Şimali Koreyanın bir neçə ədəd yer-dəniz tipli raket atmasından xəbər verib.

Fars Xəbər Agentliyinin verdiyi məlumata görə, Cənubi Koreya ordusunun Baş Qərargahı bir bəyanat yayaraq, bildirib: Bu raketlər cümə axşamı səhər Şimali Koreyanın sahilyanı Vonsan şəhərindən atılıb. 

Cənubi Koreya ordusu bu raketlərin təqribən 200 km məsafə uçduqdan sonra düşdüklərini bildirib. 

Şimali Koreyanın raket sınaqları Qərb xüsusi ilə də Amerikanın kəskin reaksiyaları ilə üzləşib. 

Qərb və müttəfiqlərinin ən böyük nigaranlığı Şimal Koreyanın yeni nəsil raketlərinin nüvə başlığı daşıması qabiliyyətinə yiyələnməsidir. 

Koreya Yarımadasında durum hazırda ABŞ tərəfindən Şimali Koreya əleyhinə birtərəfli qaydada düşmənçilik və  təhrik edici siyasətlərin şahididir. 

Vaşinqton davamlı olaraq Şimali Koreyanın hərbi və nüvə sınaqlarını dayandırmasını istəyir. Şimali Koreya isə ABŞ və müttəfiqlərinin Pxenyana qarşı təhdidlərinin davam etdiyi zamana kimi öz hərbi və önləyici nüvə qüdrətini artırmaqda davam edəcəyini bildirir. 

Teqlər