İngiltərə seçkilərində səslərin sayılışı başa çatıb
https://azeri.sahartv.ir/news/dünya-i272446-İngiltərə_seçkilərində_səslərin_sayılışı_başa_çatıb
İngiltərənin baş naziri partiyasının bu ölkənin parlament seçkilərində yerlərin əksər hissəsini əldə etməkdə uğursuz qalmasına rəğmən, yeni nazirlər kabinetinin təşkilindən xəbər verib
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 09, 2017 14:52 Asia/Baku
  • İngiltərə seçkilərində səslərin sayılışı başa çatıb
    İngiltərə seçkilərində səslərin sayılışı başa çatıb

İngiltərənin baş naziri partiyasının bu ölkənin parlament seçkilərində yerlərin əksər hissəsini əldə etməkdə uğursuz qalmasına rəğmən, yeni nazirlər kabinetinin təşkilindən xəbər verib

Fars xəbər agentliyinin məlumatına görə, İngiltərə parlament seçkilərində səslərin sayılışının başa çatması ilə məlum olubdur ki, bu ölkədəki siyasi partiyaların heç biri parlamentin 650 yerindən minimum 326 yeri əldə edə bilməyibdir.

Bu məlumata görə, İngiltərənin baş naziri Tereza Mey İngiltərə kraliçası ilə görüşündən xəbər verib və bildiribdir ki, kraliçadan koalisiya dövlətinin təşkili icazəsini alıbdır.