Britaniya parlament seçkilərinin nəticələri və reaksiyalar
Həftələrlə rəqabətdən sonra Britaniya parlament seçkiləri mütləq səs çoxluğuna malik olacaq qalib partiya olmadan sona çatıb. Bu seçkilərin sensasiyalı nəticələri avropalıların reaksiyasına səbəb olub.
Britaniya parlament seçkiləri səslərinin sayılmasının sona çatması ilə aydınlaşıb ki, siyasi partiyalardan heç biri 650 mandatlıqdan tələb olunan 326 yeri əldə edə bilməyib.
Müəyyənləşən nəticələrə əsasən, hakim Mühafizəkar partiya 318 yerlə İcmalar Palatasına rəhbərlik edəcək və hakim partiyanın əsas rəqibi Leyboristlər partiyası 261 yeri əldə edib.
Mühafizəkar partiyanın maksimum səsi toplaya bilməməsinə ilk reaksiya Leyboristlər partiyasının lideri Ceremi Korbindən gəlib. Korbin rəqibi Tereza Meyin istefa verməsini istəyib: Dəyişiklik baş verib.
Tereza Mey də istefa vermək niyyətində olmadığını və koalisiya hökuməti təşkil edəcəyini bildirib.
Britaniya İstiqlal partiyasının lideri Poul Natal partiyasının parlamentdə bir mandatlığı qazana bilməməsinə görə, tutduğu vəzifədən istefa verib.
Avropa Komissiyasının rəhbəri Jan Klond Yunker ümidvarlıq edib ki, Britaniya Brexit müzakirələrinə başlamağa hazır olacaq və seçki nəticəsi bu prosesə çox təsir etməyəcək.
Hazırda Tereza Mey və partiyası növbədənkənar seçkilər keçirməklə parlamentdə mandatlığın əksəriyyətini əldə edə bilməmiş, üstəlik ən nikbin halda öz yerini koalisiya hökumətinə verməli olacaq. Bu isə Tereza Mey və Britaniya hökumətinin demokratik dəstəyinin Brexit müzakirələrində başlanğıc nöqtəyə qayıtması deməkdir. Hətta bir addım da arxada ola bilər.