İyun 10, 2017 13:12 Asia/Baku
  • Tereza Mey
    Tereza Mey

Britaniya baş naziri parlamentdə yerlərin çoxunu qazana bilməməsindən sonra partiya deputatlarından üzr istəyib.

CNN televiziyasının məlumatına görə, Britaniya baş naziri və Mühafizəkarlar partiyasının rəhbəri Tereza Mey partiya deputatlarından üzr istəyib. Mühafizəkarlar partiyası bu seçkilərdə parlamentdə yerlərin çoxunu qazana bilməyib. 

Tereza Mey Britaniyanın Avropa Birliyindən çıxması üzrə referendumdan sonra Mühafizəkarlar partiyasının rəhbəri olaraq baş nazir vəzifəsinə gəldi və söz verdi ki, bu həssas mərhələdə ölkəsinin Avropa Birliyindən çıxmasına rəhbərliyi yaxşı şəkildə idarə edəcək. 

Britaniya baş naziri növbədənkənar seçkilər keçirməyi təklif etməklə özünün və partiyasının mövqeyini gücləndirə biləcək. Lakin onun partiyası seçkilərdə məğlub oldu və nəticədə parlamentdəki yerlərdən çoxunu itirdi. 

Doğrudur Britaniya Mühafizəkarlar partiyası parlamentdə yarıdan çox yerləri əldə edə bilmədi Lakin Şimali İrlandiya Demokratik Birlik partiyası ilə koalisiya qurub və yenə də hökuməti təşkil edəcək. 

Britaniyanın heç bir siyasi partiyası parlamentdə 650 mandatlıqdan tələb olunan 326 yeri qazana bilməyib. 

Teqlər