Mey əleyhdarları Londonda aksiya keçirdi
https://azeri.sahartv.ir/news/dünya-i272554-mey_əleyhdarları_londonda_aksiya_keçirdi
Britaniya baş naziri Tereza Meyin rəhbərlik etdiyi Mühafizəkarlar partiyasının yüzlərlə əleyhdarı bu partiyanın siyasətlərinin davam etməsinə etiraz əlaməti olaraq parlament binası qarşısına toplaşıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 10, 2017 15:27 Asia/Baku
  • Mey əleyhdarları Londonda aksiya keçirdi
    Mey əleyhdarları Londonda aksiya keçirdi

Britaniya baş naziri Tereza Meyin rəhbərlik etdiyi Mühafizəkarlar partiyasının yüzlərlə əleyhdarı bu partiyanın siyasətlərinin davam etməsinə etiraz əlaməti olaraq parlament binası qarşısına toplaşıb.

İRNA-nın məlumatına görə, bazar günü Britaniya parlament seçkilərinin nəticələri elan olunduqdan bir gün sonra keçirilən etiraz aksiyasında, tələbələr, hüquq fəalları və müharibə əleyhdarları iştirak ediblər. 

Etirazçılar şüarlar səsləndirərək və əllərində plakatlar tutaraq Mühafizəkar partiyanın qələbə qazanmasından narazı olduqlarını bildiriblər.