İyun 15, 2017 14:58 Asia/Baku
  • Kaliforniyada insident

Amerikanın Kaliforniya ştatında atışma nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

PressTv-nin verdiyi məlumata görə, dünən Kaliforniya ştatının San-Fransisko şəhərində bir silahlı şəxsin UPS poçt şirkətinə hücumunda 3 nəfər odlu silahla açılan atəş nəticəsində ölüb və iki nəfər də yaralanıb. 

Polisin bildirdiyinə görə, UPS işçilərinin uniformasını geyinmiş silahlı şəxs polis zabitləri ilə qarşılaşdıqda özünü öldürüb. 

Polis bu silahlı hücumun terror aktı olduğu qənaətindədir. 

Amerikada odlu silahla törədilən cinayətlər üzrə statistika mərkəzi dünən bu hücumdan öncə bir hesabat yayaraq bildirmişdi ki, son 48 saat ərzində Amerikada 161 atışma halı qeydə alınıb və bunların nəticəsində cəmi 60 nəfər ölüb, 112 nəfər yaralanıb. 

Hər il Amerikada odlu silahlardan istifadə nəticəsində minlərlə adam ölür və yaralanır. 

Teqlər