Şimali Koreyanın taekvando komandası Cənubi Koreyada
Şimali Koreya cümə axşamı öz taekvando komandasını Dünya Çempionatında iştirak etmək üçün Cənubi Koreyaya göndərib.
Bu, Mun Çje İnin Cənubi Koreyada prezident seçilməsindən bəri iki Koreya arasındakı ilk anlaşma nümunəsi sayılır. Şimali Koreyanın taekvando komandası yarışların sadəcə "kata" bölməsində iştirak edəcək və "full kontakt" üzrə yarışlara qatılmayacaq. Şimali və Cənubi Koreyanın hər biri taekvando federasiyasına malikdirlər və hər bir Koreya öz taekvando federasiyasını taekvando üzrə beynəlxalq mərkəz və qaynaq hesab edir.
Ümumdünya Taekvando Federasiyası Cənubi Koreyada, Beynəlxalq Taekvando Federasiyası isə Şimali Koreyada yerləşir. Hər iki federasiya özünü taekvando üzrə yeganə beynəlxalq mənbə hesab edir. Buna baxmayaraq, Beynəlxalq Olimpiya Komitəsi Cənubi Koreyada yerləşən Ümumdünya Taekvando Federasiyasını dünyanın taekvando üzrə rəsmi qrumu qəbul edir.