Ukrayna paytaxtında partlayış
https://azeri.sahartv.ir/news/dünya-i274380-ukrayna_paytaxtında_partlayış
Ukraynanın paytaxtı Kiyevdə bir avtomobil partlayıbdır ki, nəticədə bir nəfər şiddətli tərzdə yaralanıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 27, 2017 09:14 Asia/Baku
  • Ukrayna paytaxtında partlayış

Ukraynanın paytaxtı Kiyevdə bir avtomobil partlayıbdır ki, nəticədə bir nəfər şiddətli tərzdə yaralanıbdır.

Sputnik xəbər agentliyinin məlumatına görə, Kiyev polis təşkilatının sözçüsü Oksana Belişşik bildirib ki, bir minik avtomibili Kiyev küçələrindən keçərkən partlayıbdır.

O, əlavə edib: Bu partlayışdan sonra avtomobil yanıb və onun ağır şəkildə bədən xəsarəti almış sərnişini xəstəxanaya köçürülüb.

Bu məlumata görə, təhlükəsizlik və yardım məmurları hadisə yerinə gəliblər. Polis hadisə məkanını bağlayıbdır.

Hələlik partlayışın səbəbi elan olunmayıbdır.