Çindən ABŞ-a etiraz
https://azeri.sahartv.ir/news/dünya-i274970-Çindən_abŞ_a_etiraz
Çin prezidenti vurğulayıb ki, amerikan Tad raket sisteminin Cənubi Koreyada yerləşdirilməsi Koreya yarımadasında və bütün regiondakı təhlükəsizliyi xətərə salır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 03, 2017 07:04 Asia/Baku
  • Çindən ABŞ-a etiraz
    Çindən ABŞ-a etiraz

Çin prezidenti vurğulayıb ki, amerikan Tad raket sisteminin Cənubi Koreyada yerləşdirilməsi Koreya yarımadasında və bütün regiondakı təhlükəsizliyi xətərə salır.

Çin prezidenti Si Tsinpin Moskva səfərindən öncə deyib ki, Tad raket sisteminin Cənubi Koreyada yerləşdirilməsi Şimali Koreyanın nüvə tərksilahına heç bir köməklik etməyəcək və yalnız Rusiya və Çin daxil olmaqla bütün region ölkələrinin milli maraqları üçün ciddi təhlükə və regionda müvazinəti xətərə salmaq istiqamətində atılan bir addımdır.

Çin prezidenti əlavə edib: Bu hərəkət nəinki regionda sülh və sabitliyin qorunmasına kömək etməyəcək, əksinə çəkişmələrin daha geniş miqyas almasına bais olacaqdır.

Rusiya da Tad raket sisteminin Cənubi Koreyada yerləşdirilməsinə etiraz olaraq bildiribdir ki, bu sistem Moskva üçün ciddi bir təhdiddir və buna görə, Rusiya hazırda mülkiyyəti üstündə Yaponiya ilə ziddiyyətli olan Kuril adalarında öz raketlərini yerləşdirə bilər.