İyul 03, 2017 17:55 Asia/Baku
  • Ş.Koreya: Seul Vaşinqtonun əlaltısı və müstəmləkəsidir
    Ş.Koreya: Seul Vaşinqtonun əlaltısı və müstəmləkəsidir

Şimali Koreyada hakim Əmək Partiyası bildirib ki, Cənubi Koreya Vaşinqtonun əlaltısı və müstəmləkəsidir və Vaşinqtonun Pxenyana qarşı ədavətli strategiyalarını yerinə yetirir.

Şimali Koreyada hakim Əmək Partiyasının mətbuat orqanı olan "Rodonq Sinmun" qəzetinin yazdığına görə, Vaşinqton ilə Seulun Pxenyana qarşı sanksiya və iqtisadi təzyiqlərin şiddətləndirilməsi üzrə səyləri və Pxenyandan tələbləri, məğlubiyyətə məhkumdur.

Bu qəzet yazır: Cənubi Koreya dövləti Amerikanın yanlış və ekspansianist siyasətlərinin ardınca gedərək, təkcə özü barədə bədnamlıq qoyub gedəcəkdir.

ABŞ dövləti Cənubi Koreya və Yaponiyanın həmkarlığı, həmçinin Çinin razılığını çəkməklə Şimali Koreyaya qarşı təzyiqləri artırmağa çalışır ki, bu ölkə özünün nüvə və raket proqramlarını dayandırsın.

Pxenyan deyir ki, Şimali Koreyayanın önləyici qüdrəti Amerikanın ədavətli strategiyaları ilə daha da güclənibdir və təhdidlərin davam edəcəyi zamanadək özünün nüvə silahı proqramında heç bir dəyişiklik aparmayacaqdır.

Pxenyan habelə bildiribdir ki, ABŞ Koreya yarımadasını nüvə müharibəsi astanasında qoyubdur.

Teqlər