Ərəbistan İngiltərədə ifratçılığın yayılmasına başçılıq edir
https://azeri.sahartv.ir/news/dünya-i275258-Ərəbistan_İngiltərədə_ifratçılığın_yayılmasına_başçılıq_edir
İngiltərədə aparılmış bir araşdırmanın nəticələrinə görə, Ərəbistan bu ölkədə ifratçılığın ən mühüm xarici himayəçisidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 05, 2017 15:38 Asia/Baku
  • Ərəbistan İngiltərədə ifratçılığın yayılmasına başçılıq edir

İngiltərədə aparılmış bir araşdırmanın nəticələrinə görə, Ərəbistan bu ölkədə ifratçılığın ən mühüm xarici himayəçisidir.

Cekson müəssisəsi bildirib ki, Ərəbistanın və Fars Körfəzi ətrafındakı digər ərəb ölkələrinin İngiltərədə ifratçılığın yayılmasındakı rolları və bu baxışı dəstəkləyən qrupları maliyyə cəhətdən himayə etmələri araşdırılmalıdır.

Bu məlumata görə, Fars Körfəzi ətrafındakı bir neçə ərəb ölkəsi, o sıradan Ərəbistan İngiltərədə ifratçılıq əqidəsinin yayılmasında mühüm rol oynayıblar.

London və Mançesterdəkı son terror hücumlarında terror qruplarının maliyyə cəhətdən təmin olunmaları İngiltərə xalqı üçün bir çox suallar yaradıbdır.

Bu ölkənin baş naziri də Ərəbistanla əlaqələrin xətərə düşməsinin qarşısını almaq üçün həmin ölkənin İngiltərə daxilində ifratçıları maliyyə cəhətdən təmin etməsi tərzinin araşdırılması barədəki hesabatın yayılmasının qarşısını alıbdır.

Ərəbistanın Londondakı səfirliyi bu hesabatda irəli sürülən iddiaları qeyri-düzgün adlandırıb.