İyul 06, 2017 19:52 Asia/Baku
  • Hindistan müsəlmanları qəzəbləndi
    Hindistan müsəlmanları qəzəbləndi

Radikal hindistanlıların əziz islam peyğəmbəri Həzrət Məhəmmədə (s.ə.s) hörmətsizlik etməsi Hindistan müsəlmanlarının qəzəbinə səbəb olub.

İRİB-in Sərhədaşırı bölməsinin Hindistan radiosunun məlumatına görə, Qərbi Banqal əyalətinin Caubis Parqana rayonunda bir qrup radikal ötən gün ictimai şəbəkələrdə islam peyğəmbərinə (s.ə.s) hörmətsizlik edib. 

Qərbi Banqal əyalətinin müsəlmanları radikalların bu hörmətsizliyinə etiraz edib və onların üzr istəməsini tələb ediblər. Bu etiraz ardınca radikallar müsəlmanlara hücum edib və onlarla nəfəri yaralayıblar. 

Bu hücumda müsəlmanlara məxsus evlər və mağazalar da yandırılıb. 

Qərbi Banqal əyalətinin polisi islam peyğəmbəri Həzrət Məhəmmədə (s.ə.s) hörmətsizlik ardınca bir nəfər saxlanılıb. 

Uttar Pradeş əyalətinin 2014-cü ildə parlament seçkilərində hakim BCP partiyasının qələbəsindən sonra radikalların müsəlmanlara hücumları artmışdır. 

1 milyard 250 milyonluq Hindistan əhalisinin təxminən 200 milyon nəfərini müsəlmanlar təşkil edir. 

Teqlər