İyul 08, 2017 11:49 Asia/Baku
  • Şimali Koreya ABŞ-ı hədələdi
    Şimali Koreya ABŞ-ı hədələdi

Şimali Koreya ABŞ-ı yeni təzyiqlərinə raket hədiyyələri göndərməklə hədələyib.

İRNA-nın məlumatına görə, ABŞ prezidenti Donald Tramp Almaniyanın Hamburq şəhərində G-20 sammitinin kənarında deyib: ABŞ-ın Şimali Koreyaya iqtisadi və hərbi təzyiqləri artacaq. 

Şimali Koreya Xarici İşlər Nazirliyi bir bəyanatda bildirib: ABŞ-ın Koreya yarımadasında düşmənçilik və hərbi siyasətləri davam etdiyi zamana qədər öz nüvə proqramını davam etdirəcək. 

Bu bəyanatda əlavə olunub: ABŞ Şimali Koreyaya göstərdiyi təzyiqlərin cavabında müxtəlif ölçülərdə hədiyyə olaraq raket paketləri təhvil alacaq. 

Tramp Şimali Koreyanın çərşənbə axşamı günü ABŞ-ın istiqlaliyyət günündə nüvə başlığı daşıyan qitələrarası ballistik raketi sınaqdan keçirməsindən sonra bu açıqlamanı verib. 

Bu raketin ABŞ-ın şimal-qərbinə çatmaq potensialına malik olduğu deyilir. 

Cənubi Koreyanın Yunhap İnformasiya Agentliyi də bir reportajda Şimali Koreyanın yaxın gələcəkdə 6-cı nüvə sınağı keçərəcəyini ehtimal edib. 

Şimali Koreya XİN dəfələrlə bildirib ki, ABŞ və Cənubi Koreya ilə öz atom silahı və raket proqramı haqda müzakirə aparmayacaq, bu iki öklənin düşmənçilik strategiyaları kənara qoyması halı istisna olmaqla. 

Şimali Koreyanın Sülh Komitəsi bir bəyanatda bildirib: ABŞ-ın iqtisadi və hərbi təzyiqləri məsələnin həll yolu deyil və Vaşinqton Şimali Koreyanın öz hərbi seçimləri olduğunu və ABŞ ərazisini hədəf ala biləcəyini bilməlidir. 

Teqlər