Madoro Venesuela ali məhkəməsinin qərarı ilə razılaşıb
Venesuela prezidenti bu ölkənin ali məhkəməsinin dövlət ilə müxalif olanların ən tanınmış simasının azadlığı və onun məhkumluğunun ev həbsində davam etdirilməsinə dair qərarı ilə razılaşıb.
Telesur telekanalının məlumatına görə, Venesuela prezidenti Nikolas Madoro deyib ki, dövlət müxaliflərindən olan Leopoldo Lopes bu ölkənin baş prokurorunun məsuliyyətilə qanuni cəhətdən təqib və ittihamı elan olunaraq, həbsə atılıb və onun bu həbsdə bir rolu olmayıbdır, zira o, Venesuela baş prokurorunun qərarlarına müdaxilə etmir.
Madoro ümidvar olduğunu bildirib ki, ali məhkəmənin bu qərarı Lopes üçün dərkolunası, həmçinin dostluq və sülh mesajı olmuş olacaq.
Leopoldo Lopes 2014-cü il küçə etirazlarından sonra ümumi fikri təhrik etmək və ictimai əmlakı dağıtmaq səbəbindən təqribən on dörd il həbsə məhkum olunmuşdu.
Amerikanı bu ölkədəki son çaxnaşmaların səbəbkarı bilən Venesuela dövləti dəfələrlə müxaliflərlə müzakirə aparmaq istədiyini bildirib, amma rədd cavabı ilə üzləşibdir.