Britaniya və ABŞ Ərəbistanın terrorizmə dəstəyini gizlədir
https://azeri.sahartv.ir/news/dünya-i275992-britaniya_və_abŞ_Ərəbistanın_terrorizmə_dəstəyini_gizlədir
Britaniyada bir cəmiyyətin hesabatı göstərir ki, Britaniya Səudiyyə Ərəbistanının terrorizm və radikallığı böyük ölçüdə dəstəkləməsini gizlətməyə çalışır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 12, 2017 04:14 Asia/Baku
  • Britaniya və ABŞ Ərəbistanın terrorizmə dəstəyini gizlədir

Britaniyada bir cəmiyyətin hesabatı göstərir ki, Britaniya Səudiyyə Ərəbistanının terrorizm və radikallığı böyük ölçüdə dəstəkləməsini gizlətməyə çalışır.

Əl-Bədil xəbər portalının məlumatına görə, Henri Cekson mühafizəkar cəmiyyəti bir hesabatda bildirib: Səudiyyə Ərəbistanı külli miqdarda vəsait ödəməklə Britaniyada terrorizm və radikallığı dəstəkləyir. Halbuki bu ölkə hökuməti bu məsələni gizlətməyə çalışır. 

Henri Cekson cəmiyyəti Fars körfəzi ətrafındakı bəzi ərəb ölkələrini Britaniyada radikal mərkəzlərin maliyyə təminatında suçlayıb və Ərəbistanı nəhs terror hücumlarında ən pis rolu oynamaqda ittiham edib. 

Bu məlumata görə, ABŞ  kimi Britaniya da 2015-ci ildə Səudiyyə Ərəbistanına 4 milyard dollar dəyərində silah satıb, qarşılığında isə London Ərəbistan neftinin satın alınmasına dair milyardlarla dollar dəyərində neft müqavilələri imzalayıb. 

Bu məlumata görə, 11 sentyabr hücumları da İngiltərənin ticarət şəriki Ərəbistanın maliyyə dəstəyi ilə həyata keçirilib. Və ABŞ Ərəbistanın bu hadisədə iştirakı haqda məlumatlı olduqdan sonra Ər-Riyadla anlaşma metodunu izləyir. 

Bu məlumatda bildirilir: ABŞ müharibə büdcəsini təmin etmək üçün milyardlarla dollar vəsait xərcləyir. Lakin heç vaxt terror fəaliyyətlərinə mane olmur.