Parisdə Trampa ölüm arzulayıblar
Fransada yaşayan amerikalılar ABŞ prezidentinin siyasətlərinə etiraz ediblər.
IRIB-nin məlumatına görə, Fransada yaşayan amerikalılar ABŞ prezidentinin bu ölkəyə səfərilə bir vaxtda Parisin mərkəzinə toplaşıblar. Əllərində, üzərlərində "Trampa ölüm!", "Fransa və Amerika-bəli; Tramp-yox!" və "Xarici kimyəvi maddələrin Fransaya idxalı qadağandır, bəs nə üçün Tramp gəlib?" şüarları yazılmış plakatlar tutmuş aksiyaçılar ABŞ prezidentinin siyasətlərini pisləyiblər.
ABŞ prezidenti dünən güclü təhlükəsizlik tədbirləri altında Parisə daxil olub ki, fransalı həmkarı ilə görüşməklə bərabər bu ölkənin istiqlaliyyət günü mərasimində iştirak etmiş olsun.
Fransadakı medilalar və siyasi şəxsiyyətlər Trampın bu ölkəyə dəvət olunmasını şübhə altına alaraq, bu dəvəti fransalılara qarşı hörmətsizlik və Fransanın istiqlaliyyət gününün ildönümündə bu istiqlaliyyətə zərbə vurmaq adlandırıblar.