Hindistan Çabəhar və Ənzəli azad ticarət zonalarından faydalanmağı düşünür
Hindistanın İrandakı səfiri Müstəqil Dövlətlər Birliyinə üzv ölkələr və Qərbi Asiya ölkələri ilə əlaqələrin qurulmasının əhəmiyyətini vurğulayıb: Yeni Dehli İranın cənub-şərqində Çabəhar və İranın şimalnda Ənzəlidəki azad ticarət zonalarının potensiallarından faydalanmaqla bu ölkələrlə münasibə əlaqə yaratmaq ardıncadır.
İRNA-nın məlumatına görə, Hindistanın İrandakı səfiri Surab Kumar bazar günü Ənzəli Azad Ticarət Zonası Təşkilatının icra direktoru Rza Məsrurla görüşdə İranın Hindistana ikinci neft ixracatçısı olduğunu bildirib: Yeni Dehli Şimal-Cənub Dəhlizinin birləşdirilməsi istiqamətində Çabəhar azad ticarət zonasında infrastrukturların genişləndirilməsi, xüsusilə də Çabəhar-Zahidan dəmir yolu proyektinin təkmilləşdirilməsinə çalışır.
Hindistan və İranın ticari və iqtisadi anlaşmalarının həyata keçirilməsinin vacibliyini vurğulayan səfir əlavə edib: İran və Hindistanın ticarət və iqtisadiyyat heyətlərinin iki ölkənin infrastrukturları ilə yaxından tanış olması, Hindistan investorlarının Ənzəli Azad Ticarət Zonasının imkanları və güzəştləri ilə tanış olması iki ölkənin iqtisadi əlaqələrində çoxlu təsirə malikdir.