İyul 22, 2017 19:24 Asia/Baku
  • Rusiya Federasiyası prezidenti Vladimir Putin
    Rusiya Federasiyası prezidenti Vladimir Putin

Rusiya Federasiyası prezidenti Vladimir Putin hələ də deyir ki, bu ölkə prezident seçkilərində iştirak etmək haqda qərar verməyib.

Rusiya Federasiyası Prezident Aparatı portalının verdiyi məlumata görə, Putin Soçi liman şəhərində istedadlı gənclərlə görüşdə deyib: Hələlik prezident seçkilərində iştirak etmək məsələsini araşdırır və 2018-ci ilə qədər bu barədə düşünə bilər. 

6-cı Rusiya prezident seçkiləri 2018-ci il mart ayında keçiriləcək. 

Putin əlavə edib ki, hələlik prezident vəzifəsini tərk etdikdən sonra fəaliyyətləri haqda düşünməyib. 

Rusiya prezidenti eyni zamanda deyib: Dünyada çoxlu işlər vardır və o prezidentlikdən başqa siyasi məsələlərlə məşğul ola bilər. 

Rusiya Konstitusiyasına əsasən, bir şəxs iki dəfə ardıcıl olaraq prezident ola bilər. Putin 2018-ci il prezident seçkilərində dördüncü dəfə namizədliyini irəli sürə bilər. Konstitusiyada düzəlişə əsasən, 6 illik prezident olmaq üçün rəqabət apara bilər. 

Rusiya Levada Sentr ictimai-siyasi araşdırmalar mərkəzinin iyul ayının ortalarında apardığı rəy sorğusuna əsasən, bu ölkə vətəndaşları hələ də prezidentlik üçün Putinlə rəqabət apacaq bir şəxsi tanımırlar. 

Kommunist partiyasının rəhbəri Gennadi Zyuqanov, Liberal Demokrat partiyasının lideri Vladimir Jirnovski, Yabloka partiyasının sədri Qriqori Yavalniski, 2018-ci il prezident seçkiləri üçün irəli sürülən şəxslərdir. 

Teqlər