İyul 23, 2017 15:13 Asia/Baku
  • Lavrov Rusiya əmlakının müsadirə edilməsini qınadı
    Lavrov Rusiya əmlakının müsadirə edilməsini qınadı

Rusiya xarici işlər naziri bu ölkənin Amerikadakı ərazisi, əmlakı və mal varlığının müsadirə edilməsini tənqid etdi.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində yer alan məlumata görə, Sergey Lavrov bazar günü deyib: ABŞ-ın keçmişinə və bu ölkədə cərəyan edən müharibələrin tarixinə nəzər saldıqda bu ölkənin başqa bir ölkənin ərazisi, əmlakı və mal varlığının müsadirə edilməsi yolu ilə formalaşdığını anlamaq olar.

Lavrov əlavə edib: Amerika Rusiyanın Vaşinqton və Nyu-Yorkdakı diplomatik əmlakını müsadirə etməklə beynəlxalq qanunları pozub və Moskva beynəlxalq qanunlar çərçivəsində öz diplomatik əmlakını geri almağa çalışacaq.

Vaşinqton rəsmiləri 2016-cı ilin dekabrında Rusiyanın Amerikada keçirilən prezident seçkilərinə müdaxilə etməsi bəhanəsi ilə Rusiyanın diplomatik nümayəndəliyinin Nyu-York və Merilənddə yerləşən 2 binasını müsadirə edərək, 35 rus diplomatı da ölkədən qovmuşdu.

Ağ Ev rəsmilərindən birinin dediyinə görə, Rusiyanın əmlakı qarşılıqsız olaraq geri qaytarılmayacaq.

Teqlər