Rusiya ABŞ-a xəbərdarlıq etdi
Rusiya parlamentinin deputatı ABŞ-ın yeni sanksiyalarını dünyanı başqa bir soyuq müharibəyə sövq etmək kimi qiymətləndirib.
İTAR-TASS-ın məlumatına görə, Rusiya Federasiyası Şurasının müdafiə və təhülkəsizlik komitəsinin birinci müavini Frants Klintseviç çərşənbə günü Amerikanın Rusiya əleyhinə yeni sanksiyalar paketini 1974-cü ildə Cekson-Nik qanununa bənzədib. Həmin qanun Vaşinqtonun insan haqlarını pozan tərəflər adlandırdığı ölkələrlə ABŞ-ın ticarət əlaqələrini məhdudlaşdırırdı.
ABŞ Konqresi 38 ildən sonra 2012-ci il 21 noyabrda Rusiya haqda bu qanunu rəsmən ləğv etdi.
Klintseviç deyib: Yeni sanksiyalar paketi icraya qoyularsa, Rusiya-ABŞ əlaqələri çoxlu maneələrlə üzləşəcəkdir.
ABŞ Nümayəndələr Palatası çərşənbə axşamı günü ABŞ-ın Rusiya, İran və Şimali Koreya əleyhinə birtərəfli sanksiyalar layihəsini təsdiqlədi.