İranın kosmik nailiyyəti Fransa medialarında
İyul 28, 2017 14:30 Asia/Baku
-
İranın kosmik nailiyyəti Fransa medialarında
Fransa mediaları dünən İranda Simürq peyk daşıyan raketin sınaqdan keçirilməsini uğurlu qiymətləndiriblər.
FransPress bildirib: İran cümə axşamı peyk daşıyan bir ədəd raketi uğurla sınaqdan keçirib. Bu xəbər elə bir şəraitdə yayılır ki son günlər İran Amerikanın sanksiyalarına qarşı ABŞ-a xəbərdarlıq etmişdi.
Le Fiqaro qəzeti də yazır ki, İran elə bir şəraitdə bu kimi uğurlu sınaq həyata keçirib ki, ABŞ senatı iyulun 25-də Rusiya, Şimali Koreya və İrana qarşı yeni sanksiyalar qəbul etdi.
Amerikanlar İranın raket sınaqlarının BMT TŞ-nin 2231 saylı qətnaməsinə zidd olduğu qənaətindədirlər. Lakin Avropa Birliyi xarici siyasət koordunatorunun sözçüsü Nabila Masrali İranın raket sınağının nüvə razılaşmasını pozmadığını bildirib.