İyul 28, 2017 17:16 Asia/Baku
  • Hindistanda təbii fəlakət 180-ə yaxın insanın həyatına son qoyub
    Hindistanda təbii fəlakət 180-ə yaxın insanın həyatına son qoyub

Hindistanın şimal-qərb əyalətlərində yer sürüşməsi və sel nəticəsində azı 180 nəfər həyatını itirib.

IRNA-nın məlumatına görə, yerli rəsmilərin dediklərinə əsasən, ötən həftədən Hindistanın şimal-qərb əyalətlərində başlanmış leysan yağışları və sel indiyədək bu ölkədə 180 nəfərin həyatını itirməsinə və iki milyondan çox insanın da evsiz-eşiksiz qalmasına bais olubdur.

Hindistan Hidrometeorologiya Təşkilatı dünən, cümə axşamı bu ölkənin müxtəlif əyalətlərində beş gün müddətinə selin baş verəcəyi barədə xəbərdarlıq etdi.

Ötən il də Hindistanın şimal-şərqində güclü leysan yağışlarının yağması və selin baş verməsi nəticəsində 42 nəfər həlak olmuşdu.

Hindistan iyun ayından sentyabr ayınadək olan musson yağışları fəslində müntəzəm surətdə güclü leysan yağışları və selin şahidi olur.

Teqlər