Kabildə İraq səfirliyində 2 mühafizəçi həlak olub
https://azeri.sahartv.ir/news/dünya-i278208-kabildə_İraq_səfirliyində_2_mühafizəçi_həlak_olub
Əfqanıstan paytaxtı Kabildə İraq səfirliyinin 2 mühafizəçisi terror aktı nəticəsində həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 31, 2017 15:13 Asia/Baku
  • Kabildə İraq səfirliyində 2 mühafizəçi həlak olub
    Kabildə İraq səfirliyində 2 mühafizəçi həlak olub

Əfqanıstan paytaxtı Kabildə İraq səfirliyinin 2 mühafizəçisi terror aktı nəticəsində həlak olub.

İRİB-in Kabildən verdiyi məlumata görə, Əfqanıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib: Bazar ertəsi günü səhər yaraqlılar İraqın Kabildəki səfirliyinə hücum ediblər. Nəticədə 2 mühafizəçi həlak olub.

4 yaraqlının öldürülməsi ilə İraq səfirliyində hadisə sona çatıb.

İŞİD terror qruplaşması İraq səfirliyinə hücumun məsuliyyətini üzərinə götürüb.