Avq 05, 2017 08:19 Asia/Baku
  • AB Rusiyaya qarşı yeni sanksiyaları icraya qoyub
    AB Rusiyaya qarşı yeni sanksiyaları icraya qoyub

Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyaları icraya qoyub.

Fars xəbər agentliyinin məlumatına görə, Avropa Komissiyası Almaniyanın Siemens şirkətinin qaz turbinlərinin Krıma köçürülməsi barədəki qalmaqalların davamında dünən üç rus şirkət və üç fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.

Avropa Birliyi 2014-cü ildə Krım yarımadasında referendumun keçirilməsi və bu məntəqənin Ukraynadan Rusiyaya əlavə olunmasından sonra Moskvaya qarşı sanksiyalar tətbiq edib və bu sanksiyaları hələ də qoruyub saxlayıbdır.

Avropa Birliyi və Amerikanın müştərək sanksiyalarından qərbli şirkətlərin Krım məntəqəsi ilə iqtisadi mübadilələri və ticarətinin qadağan edilməsini misal çəkmək olar.

Avropa Birliyinin qara siyahısına əlavə olunmuş şəxslərdən Rusiya energetika nazirinin müavini Dmitri Çerezovu misal göstərmək olar.

Teqlər