Avq 10, 2017 17:22 Asia/Baku
  • Əgər Ş.Koreya Quama hücum edərsə!
    Əgər Ş.Koreya Quama hücum edərsə!

Amerikalı ekspert CNN telekanalı ilə müsahibədə deyib: Məncə, hətta əgər Şimali Koreya Quama hücum edərsə belə, ABŞ-ın bu hücuma cavabı sırf olaraq qeyri-nüvə silahları olacaqdır.

Beynəlxalq və Strateji Araşdırmalar İnstitutunda tədqiqatçı və ekspert Karl Beyker bu telekanalın icraçısı ilə eksklüziv müsahibədə Trampın ABŞ-ın başqalarına qarşı nüvə hədəsi və ya nüvə silahlarından istifadə ilə bağlı naqis dərki barədə belə deyib: Aydındır ki, Tramp indiyədək nüvə hədəsi və ya nüvə silahlarından istifadəni yaxşı dərk etməmişdi. Bununla belə, mən əminəm ki, əgər Tramp ötən iki sutka ərzində öz nazirlər kabineti üzvlərinin bu barədəki sözləri və rəftar tərzinə diqqət yetirmiş olarsa, bu haqda çox şeylər öyrənmiş olacaqdır. Məncə, ABŞ-ın müdafiə naziri Ceyms Matis və bu ölkənin dövlət katibi Reks Tillerson bunun nəticələrini yaxşı dərk edirlər və buna görə, səy ediblər ki, imkan daxilində Trampın bununla bağlı kobud və sərt sözlərini azaltsınlar.

Karl Beyker əlavə edib: Trampın nazirlər kabineti indiyədək göstəribdir ki, Amerika prezidenti həddindən artıq xətdən çıxan zaman kabinet üzvləri və Trampın müşavirləri bir daha onu relsin üzərinə qaytarmağa qadirdirlər.

Trampın Şimali Koreyanı dünyada misli görünməmiş alov və hiddət ilə hədələdiyi son hal barədə də tamamilə aydındır ki, Tramp mübaliğə edibdir. Əlbəttə, onun səbəbi budur ki, Tramp bu sözləri öz himayədarları və daxili dinləyicilər üçün söyləyir. 

Bu ekspert sonda deyib: Hərçənd, deyilənlərə görə, ABŞ prezidenti təklikdə nüvə hücumu barədə hökm verə bilər. Əslində isə əgər Amerika digər ölkələrə qarşı önləyici nüvə hücumu həyata keçirmək istəyərsə, belə bir hücumun başlanma prosesi amerkan mediaların təlqin etdiklərindən daha mürəkkəbdir. Buna görə, prezident təklikdə, yəni özbaşına surətdə ibtidai nüvə hücumuna başlaya bilməz.

Teqlər