Quterreş: Nüvə anlaşması qorunmalıdır
BMT sözçüsü deyib ki, bu təşkilatın baş katibi Antonio Quterreş İran ilə 5+1 qrupu arasında əldə olunmuş nüvə anlaşmasının qorunub saxlanılmasını istəyibdir.
Fars xəbər agentliyinin məlumatına görə, BMT-nin sözçüsü Stefan Ducarik dünən belə qeyd edib: Quterreş nüvə anlaşmasını sülh və təhlükəsizliyə zəmanət istiqamətində kollektiv səylərdən irəli gələn ən mühüm nailiyyətlərdən biri adlandıraraq, bu anlaşmanın qorunub saxlanılması vacibliyini vurğulayıbdır.
Quterreşin nüvə anlaşmasının qorunub saxlanılmasını vurğulaması elə bir haldadır ki, ABŞ prezidenti Donald Tramp daim bildiribdir ki, nüvə anlaşması indiyədək gördüyü ən pis anlaşmadır.
İran ilə 5+1 qrupu arasında əldə olunmuş nüvə anlaşması 2016-cı ilin yanvarından qüvvəyə minib, amma Birləşmiş Ştatlar dövləti altılıq qrupunun üzvlərindən biri kimi daim bu anlaşmanı pozur.