Çin ABŞ-a xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/dünya-i280076-Çin_abŞ_a_xəbərdarlıq_etdi
Çin prezidenti ABŞ-a Şimali Koreyaya hər hansı ehtimal olunan hücumdan çəkinməsi ilə əlaqədar xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 18, 2017 08:02 Asia/Baku
  • Çin prezidenti Si Tsinpin
    Çin prezidenti Si Tsinpin

Çin prezidenti ABŞ-a Şimali Koreyaya hər hansı ehtimal olunan hücumdan çəkinməsi ilə əlaqədar xəbərdarlıq edib.

İRNA-nın məlumatına görə, Çin prezidenti Si Tsinpin bu gün ABŞ ordusu Baş Qərargah rəisi İosif Danfordla görüşdə bildirib: Koreya yarımadasının nüvə məsələsinin hərbi həll yolu yoxdur və müzakirə ən yaxşı həll yoludur. 

Çin prezidenti bu görüşdə ABŞ-dan Şimali Koreya ilə ixtilaflarını münasib və dinc metodlarla həll etməsini istəyib. 

Çin Silahlı Qüvvələri Baş komandanının müavini Fon Çonlunq da ABŞ-ın hərbi rəsmisi ilə Pekində görüşdə deyib: Şimali Koreya böhranını müharibə ilə həll etmək olmaz. 

O əlavə edib: ABŞ-ın zorakılıq və təcavüzkar siyasətləri Vaşinqtonun Pekinlə əlaqələrinə zərbə vurmasına səbəb olub. 

Məlumata görə, Çin rəsmiləri ABŞ Ordusu Baş Qərargah rəisi ilə görüşlərdə ABŞ-ın Taivana silah satışı, Cənubi Koreyada TAD raket sistemini yerləşdirməsi, ABŞ-ın Çinə aid bölgələrdə, o cümlədən Cənubi Çin dənizində hərbi iştirakı və kəşfiyyat təyyarələrinin uçuşlar keçirməsini tənqid ediblər.