Papanın terror hücumlarına reaksiyası
https://azeri.sahartv.ir/news/dünya-i280350-papanın_terror_hücumlarına_reaksiyası
Dünya katoliklərinin rəhbəri dünyanın müxtəlif ölkələrindəki terror hücumlarını pisləyibdir.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Avq 20, 2017 16:26 Asia/Baku
  • Papanın terror hücumlarına reaksiyası
    Papanın terror hücumlarına reaksiyası

Dünya katoliklərinin rəhbəri dünyanın müxtəlif ölkələrindəki terror hücumlarını pisləyibdir.

Dünya katoliklərinin rəhbəri papa Fransis bu gün İspaniya, Burkina-Faso və Finlandiya daxil olmaqla dünyanın müxtəlif ölkələrindəki terror hücumlarını pisləyərək, onları kobud və qeyri-insani hərəkətlər adlandırıb.

İspaniyanın şimal-şərqindəki Barselona şəhərində, Finlandiyanın cənub-qərbindəki Torko liman şəhərində törədilmiş terror hücumları onlarla nəfərin həlak olması və yaralanması ilə nəticələnibdir.

Almaniyanın Düsseldorf və Rusiyanın Sankt-Peterburq şəhərlərindəki terror hücumları da bir qrup insanın yaralanmasına bais olubdur.