Rusiya Ukraynanın şərqinə humanitar yardımlar göndərib
Rusiya dövləti bu ölkənin 68-ci humanitar yardım karvanının Ukraynanın şərqindəki döyüş məntəqələrinə göndərilməsindən xəbər verib.
Rusiyanın fövqəladə hallar nazirliyinin informasiya mərkəzi bu gün belə qeyd edib: Ərzaq malları, ilkin yaşayış ləvazimatı və yeni təhsil ili ərəfəsində məktəbli və tələbələrə lazım olan dərsliklər daşıyan bu karvan Donetsk və Luqansk sakinlərinin ixtiyarına veriləcəkdir.
Rusiyanın fövqəladə hallar nazirliyinin bildirdiyinə görə, bu yardımları daşıyan avtomobillər Noqinsk və digər məntəqələrin yardım mərkəzlərindən Ukraynanın şərqindəki Donetskə daxil olubdur.
Bu məlumata görə, Rusiya 2014-cü ildən bəri Ukraynanın şərqindəki döyüş məntəqələrinin sakinləri üçün ilkin yaşayış ləvazimatına şamil olan 70 min tona yaxın humanitar yardım yükü göndəribdir.
Ukraynanın şərqi 2014-cü ildə bu ölkənin ozamankı prezidenti Viktor Yanukoviçə qarşı qərbpərəst çevrilişin ardınca dövlət qüvvələrilə müxalifətin döyüş səhnəsidir.