Myanma ordusunun hücumu nəticəsində müsəlmanlar qaçqın düşüşblər
-
Myanma ordusunun hücumu nəticəsində müsəlmanlar qaçqın düşüşblər
Ötən aydan etibarən Myanma hərbçilərinin Raxin vilayətindəki fəaliyyətlərinin gücləndirilməsi və müsəlmanlara qarşı repressiyaların artmasının ardınca minlərlə Ruhingiya müsəlmanı öz ev-eşiyini tərk edərək Banqladeşə qaçıb.
Myanma ordusunun yeni repressiya əməliyyatlarından bəri 75 min ruhingiya müsəlman son aylar ərzində Banqladeşə qaçıb və hal-hazırda dövlət statistikalarına əsasən Banqladeşdə didərgin düşərgələrində 400 minə yaxın ruhingiya müsəlmanı yaşayır.
Eyni zamanda Banqladeşin sərhəd qoşunlarının komandanı deyib: Myanma hərbçiləri Raxin vilayətində minlərlə müsəlmanı geniş hücumlara məruz qoyublar.
Mənzur Əl-Həsən xan deyib: Myanma hərbçiləri son günlər ərzində Banqladeşin bufer sərhəd zonası hündürlüklərinə sığınan ruhingiya müsəlmanlarının üzərinə atəş açıblar.
Cümə günündən etibarən Myanma ordusunun ruhingiya müsəlmanlarına qarşı təcavüzkar hücumları nəticəsində azı 110 müsəlman həlak olub.
Ruhingiya müsəlmanları bildirirlər ki, Myanma ordu qüvvələrinin Raxin vilayətində yerləşdirilməsi ifratçi buddistlərin müsəlmanlara qarşı yeni hücumlarının başlanmasına səbəb olub.
Myanma dövləti Ruhingiya müsəlmanlarını Bənqal mühacirləri hesab edir və onlara vətəndaşlıq verməkdən imtina edir.
Birləşmiş Millətlər Təşkilatı Ruhingiya müsəlmanlarının dünyanın ən məzlum azlığı olduğunu bildirib.
Türkiyə prezidenti də BMT və İslami Əməkdaşlıq Təşkilatını Myanmada müsəlman azlığa yardım üçün konkret addımlar atmağa çağırıb.
Raxin vilayəti 2012-ci ildən bəri Myanma ordusu və ifratçı buddistlərin müsəlmanlara qarşı hücumlarının səhnəsinə çevrilib. Bu hücumlar yüzlərlə müsəlmanın ölümü və on minlərlər müsəlmanın didərgin düşməsi ilə nəticələnib.