Şimali Koreya ilə ABŞ arasında gərginlik böyüyür
Şimali Koreya ilə ABŞ arasındakı gərginlik zirvəyə doğru irəliləməkdədir. Ekspertlər bu gərginliyin müsbət heç nə vəd etmədiyi qənaətindədirlər.
3 həftə öncə ABŞ prezidenti Şimali Koreya bu dəfə, hətta təhdid edərsə, Amerikanın qəzəbi və alovu ilə üzləşəcəkdir.
Şimali Koreya üç həftə müntəzəm təhdid etdi, son dəfə isə raketini 130 milyon yaponiyalı üzərindən uçurdu.
Və Tramp Yaponiya baş naziri ilə sadəcə 40 dəqiqə söhbət etdi. Bu telefon söhbətində Yaponiya tərəfi bildirdi ki, özü daha çox Quamdan ehtiyatlı olsun. Çünki guya Kim Çen İnin üçüncü övladının dünyaya gəlməsi münasibəti ilə atılan... raketin beş min kilometr radiusu vardır. ABŞ-ın hakimiyyətində olan Quam da Şimali Koreyanın 3400 kilometrliyində yerləşib.
Bu telefon söhbətindən sonra isə, bu ballistik raketin atılmasına nəzarəti şəxsən öhdəsinə götürmüş Kim Çen İn bildirib ki, bu atış Quam üçün mənalı başlanğıcdır.
BMT baş katibi Antonio Quterreş deyib: Bir daha bu problem və çətinliklərlə mübarizə üçün BMT-nin bütün üzvlərindən istəyirəm ki, nüvə sınaqlarının qadağası sazişinə qoşulsunlar.
BMT baş katibi Quterreşin ehtimal üzrə məqsədi həm Şimali Koreya, həm də ABŞ-dır. Onların hər ikisi ötən iki gündə nüvə sınaqları keçirmişilər və hər ikisi nüvə silahlarının yayılmamasına dair sazişi imzalamamışlar.
Digər tərəfdən Cənubi Koreya və ABŞ Pxenyanın gözləri qarşısında yeni birgə hərbi təlimlərə başlayıblar. Ehtimal üzrə, Pxenyan daha da təhrik olacaqdır.
Dünya bazarlarında qızılın qiyməti ötən on ayda ən yuxarı həddə çatmışdır.
Təhlükəsizlik Şurasında ilk öncə ümumi iclas keçirildi. Və ABŞ-ın səfiri Niki Heili dedi ki, bu tragediyadan çıxmaq üçün aydın yol tapmalıyıq.
Sonra bağlı qapılar arxasında bu nəticəyə çatdılar ki, İngiltərənin BMT-dəki səfiri, və ya Çinin BMT-dəki səfirinin dediyi kimi, Təhlükəsizlik Şurası bir mətbuat bəyanatında Şimali Koreyadan bu hərəkətlərdən əl çəkməsini istəyib.