Çin Ş.Koreyaya xəbərdarlıq edib
Çin Şimali Koreyaya daha bir ballistik raket atmaq üzrə proqramının icrası haqda xəbərdarlıq edib.
Çin xarici işlər nazirliyinin sözçüsü Qon Tsuan bu gün Pekində deyib ki, Şimali Koreya gərginlikləri artıracaq addımlar atmamalıdır.
Qon Tsuan əlavə edib: Şimali Koreya tam agah olmalıdır ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri belə hərəkətləri qadağan edibdir.
Çin xarici işlər nazirliyinin sözçüsü bildiribdir ki, onun ölkəsi bütün tərəflərin, xüsusən Şimali Koreyanın təmkinlilik göstərəcəklərinə və gərginliyi artıracaq hərəkətlərdən çəkinəcəklərinə ümid edir.
Cənubi Koreyanın müdafiə nazirliyi bu gün bildirib: Belə görünür ki, Şimali Koreya gələcəkdə digər bir raket atmağa çalışır və ehtimal üzrə bu raket qitələrarası ballistik raketdir.
Qon həmçinin Avstraliya baş nazirinin Pekinin Pxenyana təzyiq göstərməyə borclu olmasına dair sözlərindən təəssüflənərək, deyib: Biz təkid edirik ki, bu məsələni həll etmək üçün təkcə Çinə söykənmək olmaz.