Sen 05, 2017 09:17 Asia/Baku
  • 30 min Ruhinqa müsəlmanı ac və susuz qalıb
    30 min Ruhinqa müsəlmanı ac və susuz qalıb

Myanma ordusu və ifratçı buddistlərin hücumlarından amanda qalmaq üçün Banqladeş sərhədlərinə üz tutan on minlərlə Ruhinqa müsəlmanı hazırda içməli su, ərzaq və dərman preparatlarının olmamasından əziyyət çəkir.

İnsan Haqlarına Nəzarət Təşkilatı tərəfindən bazar ertəsi günü yayımlanan və peyk vasitəsi ilə əldə edilən görüntülərə əsasən Myanma ordusu və ifratçı buddistlərin Raxin vilayətinə hücumu zamanı müsəlmanların yaşadığı bir çox kənd yandırılıb. 

Raxin vilayətindən daxil olan məlumatlara görə, təqribən 30 min müsəlman Raxin vilayətinin dağlıq ərazilərində tələyə düşüb və qaçacaq yeri yoxdur. Bu insanlar içməli su, ərzaq və dərman preparatlarının yoxluğundan əziyyət çəkirlər. Onlar ağac budaqlarından düzəltdikləri müvəqqəti çadırlarda yaşayırlar. 

Myanmada müsəlmanların dövlət tərəfindən amansız şəkildə qırğın edilməsi dünya ölkələrinin qəzəbinə səbəb olub. 

25 avqust tarixindən başlayaraq Myanma ordusu və ifratçı buddistlər Raxin vilayətində Ruhinqa müsəlmanlarına qarşı amansız hücumlara başlayıblar. Şahid ifadələrinə əsasən bu hücumlarda insanlar diri-diri yandırılır, uşaqların başları kəsilir və ya asılaraq edam edilirlər. 

Raxin vilayəti 2012-ci ildən bəri Myanma ordusu və ifratçı buddistlərin müsəlmanlara qarşı amansız hücumlarının şahididir. 

Teqlər