Çin prezidenti BRİKS-in digər ölkələrə yaxınlaşmasını istədi
Çin Xalq Respublikasının başçısı BRİKS ölkələrinin Şiamində keçirilən sammitinidə bu birliyə üzv ölkələrin digər ölkələrə yaxınlaşmalarını istəyib.
Şi Cin Pinq çərşənbə axşamı deyib: Yeni iqtisadi qüdrətə çevrilməkdə olan 5 ölkədən təşkil edilmiş BRİKS qrupu davamlı inkişafa nail olmaq üçün digər ölkələrə ehtiyaclıdır.
Çin prezidenti əlavə edib: Bu iclasda Şiamin bəyannaməsi təsdiq edildi və biz şəffaflığa, hərtərəfli iştiraka və uduş-uduş əməkdaşlıqlrına təkid edirik. Biz terrorizm ilə mübarizə, kiber təhlükəsizlik, sülhü mühafizə və Yaxın Şərq məsələləri üzrə əməkdaşlıqlarda davamlı olaraq irəliləyişə malik olmuşuq. Bütün bu səylər BRİKS-in etibar qazanmasına səbəb olub."
Şi Cin Pinq həmçinin deyib: Biz cənub-cənub əməkdaşlıqlarını gücləndirməliyik. BRİKS çərçivəsində əməkdaşlıqların möhkəmləndirilməsi üçün yeni bir baxış formalaşdırmalı və digər ölkələrə yaxınlaşmalıyıq. Çeşidli şəriklərin iştirak etdiyi açıq bir şəbəkə yaratmalıyıq.