Sen 06, 2017 09:45 Asia/Baku
  • Briks qrupu BMT və terrorizmlə mübarizənin islah edilməsini istədi

Briks qrupunun beş üzvü müştərək bəyanatda, dünyanın bütün bölgələrində terrorizmlə qətiyyətli mübarizə və BMT strukturunda islahatın aparılmasının vacibliyini qeyd edib.

İRNA-nın məlumatına görə, Rusiya, Çin, Hindistan, Braziliya və Cənubi Afrika Respublikasından ibarət Briks-ə üzv ölkələrin dövlət başçılarının bəyanatında bildirilir: Dünyanın müxtəlif ölkələrində, o cümlədən Suriyada terror qruplaşmaları ilə mübarizə aparmaq lazımdır. 

Briks qrupu yekun bəyanatında Suriya böhranının həlli üçün Astana və Cenevrə anlaşmalarını tam şəkildə dəstəkləyib. 

Briks həmçinin Əhatəli Müştərək Təşəbbüs Proqramını da dəstəkləyib. 

Briks qrupunun üç günlük iclası bazar günündən Çinin Fucian vilayətinin Şiamen şəhərində keçirilib. 

İqtisadi Briks qrupu Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasından təşkil olunub. 

Teqlər