Sen 10, 2017 12:34 Asia/Baku
  • Almaniyada anti-müharibə fəallarının nümayişi
    Almaniyada anti-müharibə fəallarının nümayişi

Almaniyada anti-müharibə fəalları NATO ölkələrinin, o sıradan ABŞ-ın müdaxilə mahiyyətli siyasətlərinə etiraz ediblər.

Almaniyada anti-müharibə fəalları Rinland-Faltes əyalətinin Kayserslautern şəhərinin yaxınlığında yerləşən amerikalı qüvvələrin qərargahı qarşısında aksiya keçirərək, həmçinin nüvə silahlarının yayılması və Almaniya dövlətinin Yaxın Şərq regionundakı gərginliklər və böhranlara müdaxilə etməsini pisləyiblər.

2012-ci ilin mayında Çikaqoda keçirilmiş NATO sammitində NATO başçıları amerikalıların Amerikanın Avropadakı nüvə bombalarının modernləşdirilməsi və dəyişdilməsi üzrə planı ilə razılaşıblar.

Amerika almanlar daxil olmaqla avropalıların təhlükəsizliklərinin qorunması bəhanəsilə əslində Rusiyanı və digər rəqiblərini hədələmək və onlara nəzarət etmək üçün B-61 tipli nüvə bombaları cəbbəxanalarının yaxşılaşdırılması və qorunmasına israr edir.

Teqlər