Amano bir daha nüvə anlaşmasını müdafiə etdi
ABŞ hökuməti və bu ölkə prezidentinin nüvə anlaşması ilə bağlı əsassız iddialarına rəğmən, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktoru bir daha nüvə anlaşmasını müdafiə edib.
Əl-Cəzirə kanalının verdiyi məlumata görə, AEBA bazar ertəsi günü ABŞ-ın İran ilə 5+1 qrupu arasındakı nüvə anlaşması əleyhinə tənqidlərini yersiz adlandıraraq, bu agentliyin İranın nüvə təsisatlarında həyata keçirdiyi təftişləri öz növündə dünyanın ən ciddi və ağır təftişləri adlandırıb və Tehranın öz öhdəliklərinə sadiq qaldığını vurğulayıb.
AEBA-nın baş direktoru Yokio Amano jurnalistlər qarşısında deyib: İran üzərinə götürdüyü öhdəliklərə əməl edir. İranda nüvə fəaliyyətlərinə nəzarət sistemi öz növündə ən ağır nəzarət sistemidir. Agentlik öz müfəttişlərinin sayını və İranın nüvə təsisatlarındakı kameralarının sayını artırıb. Nəzarət baxımından bu böyük bir uğur hesab olunur.