Myanmada müsəlmanların durumu acınacaqlıdır
BMT Təhlükəsizlik Şurası Myanmada zorakılıqların dərhal dayandırılmasını istəyib. BMT baş katibi Antonio Quterreş bir həftə ərzində didərginlərin üç dəfə artdığını bildirərək Myanma hökumətindən hərbi hərəkətlərini durdurmasını istəyib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi də myanmalı didərginlərin vəziyyətini araşdırması üçün gələn həftə bir İran heyəti Banqladeşə səfər edəcək. Myanma ordusu və radikal buddistlərin Raxin əyalətində rohinca müsəlmanlarına hücumlarında minlərlə nəfər həlak olub və didərgin düşüb.
Hindistanda myanmalı müsəlman didərginlərin düşərgəsində azan səsi. BMT baş katibi Antonio Quterreş deyir ki, Myanmadan Banqladeş və Hindistana qaçan didərginlərin sayı bir həftə ərzində üç dəfə artıb və 125 min didərgindən təxminən 380 min nəfərə çatıb.
BMT baş katibi Antonio Quterreş deyib: Mən Rohinca muxtariyyət ordusunun hücumlarını qınamışam. Raxin əyalətində təhlükəsizlik qüvvələrinin sivillərə hücumları haqda narahatedici məlumatlar vardır. Bu da, tamamilə qəbuledilməzdir. İnsan durumu faciəvidir. Didərginlərin sayı bir həftə ərzində üç dəfə artıb. Mən Myanma rəsmilərindən hərbi hərəkətləri durdurmasını və zorakılıqlara son qoymasını istəyirəm.
BMT-nin bildirdiyinə görə, Myanmanın Raxin əyalətində yaşayan rohinca müsəlmanları müasir dövrdə ən güclü repressiyaya məruz qalan azlıqdır. Onlar altı yüz ildən çoxdur ki, Myanma sakinidir. Amma bu ölkənin əksər buddistləri və hökuməti onları qeyri-qanuni miqrant hesab edir. Buddistlərin qənaətincə, 660 min kvadratkilometr ərazisi olan Myanma tamamilə buddist olmalıdır. Onlar bu qənaətdədirlər ki, Myanmanın 55 milyon əhalisinin əksəriyyətini Rohinca etnosunu təşkil edən təxminən 4% müsəlman bu ölkəni tərk etməlidirlər. Myanma hökuməti 35 il öncə rohinca müsəlmanlarının vətəndaşlığını ləğv edib ki, Myanmada təhsil, məşğuliyyət, izdivac və yaşamaq haqları olmasın. Ordu və yerli yaraqlılar da onları qovmaq bəhanəsi ilə rohincalıların yaşadığı Raxin əyalətini al-qana boyayırlar.
İnsan Haqları Gözətçisi təşkilatının araşdırmaçısı Riçard Veir deyib: Təhlükəsizlik məmurları sadə kəndliləri evlərində atəşə tuturlar. Belə bir şəraitdə, zorakılıqlara məruz qalan bu azlıqlara repressiyanın dayandırılması məqsədilə beynəlxalq ictimaiyyətin Myanma hökumətinə təzyiq tətbiq etməsi zəruridir.
Bir zamanlar Birma adlanan Asiyanın cənubunda yerləşmiş Myanma indi müsəlmanların qırğını və qovulması ilə gündəmi zəbt etmişdir. Minlərlə uşaq, qadın, qoca, cavan canlarını götürərək çətin yollarla Raxin əyaləti ilə sərhədi olan Banqladeş və Hindistana qaçırlar. Bu didərginlərdən hər biri dini və etnik nifrət alovunda öz yaxınını itirmiş və heç vaxt sülhü dadmamışlar. Bu uşaqların gələcəyi bu düşərgələrdə və səfillikdə nə olacaqdır? Dünya bu məsum gözlərə hansı cavabı verəcək?