Sen 15, 2017 13:45 Asia/Baku
  • London metrosunda partlayış
    London metrosunda partlayış

London metrosunda partlayış nəticəsində bir neçə nəfər yaralanıb.

Röytersin məlumatına görə, London şəhər metrosunun qatarlarından birində partlayış baş verib.

Metro qatarının vaqonlarından birində naməlum maddə olan bağlama partlayıb və nəticədə bir neçə nəfər yaralanıb.

Hadisə yerinə təcili yardım maşınları və təhlükəsizlik məmurları ezam olunub.

Britaniya polisi metroda təhlükəsizlik vəziyyəti elan edərək müəyyən hissələrdə qatarların fəaliyyətini dayandırıb.

Bu barədə əlavə məlumat verilməyib.

Teqlər