Sen 21, 2017 13:00 Asia/Baku
  • BMT-də nüvə silahlarının qadağası sazişi imzalanıb
    BMT-də nüvə silahlarının qadağası sazişi imzalanıb

50-yə yaxın ölkə yeni nüvə silahlarının qadağası sazişini imzalayıb.

Nüvə silahlarının qadağası üzrə yeni saziş ötən iyulda 122 ölkə, o cümlədən İran İslam Respublikası tərəfindən BMT-də təsdiqlənib. 

Fransa İnformasiya Agentliyinin məlumatına görə, Koreya yarımadasında gərginliyin artması ilə Braziliya başda olmaqla  50-yə yaxın ölkə BMT-nin Nyu-Yorkdakı qərargahında nüvə silahlarının qadağası üzrə yeni sazişi imzalayıb və saziş 90 gündən sonra icra olunacaq. 

Nüvə silahlarına malik 9 ölkədən heç biri nüvə silahlarının qadağası üzrə yeni sazişin təsdiqlənməsində itirak etməyib və NATO-ya üzv, atom silahlarına malik üç ölkə, yəni Britaniya, Fransa və ABŞ bildiriblər ki, bu istiqamətdə iştirak etməyə maraqlı deyillər. 

Nüvə silahlarının qadağası üzrə yeni sazişə əsasən, atom silahına malik və bu sazişə qoşulan ölkə öz nüvə cəbbəxanaları və onunla əlaqədar bütün obyektləri müəyyən bir zaman çərçivəsində məhv etməlidir. 

Teqlər