Facebook Trampın iddiasına reaksiya verib
https://azeri.sahartv.ir/news/dünya-i283861-facebook_trampın_iddiasına_reaksiya_verib
Facebook ABŞ prezidentinin bu şəbəkənin ona qarşı düşmən mövqeyinə malik olmasına dayir iddiasını əsassız adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 28, 2017 16:16 Asia/Baku
  • Facebook Trampın iddiasına reaksiya verib
    Facebook Trampın iddiasına reaksiya verib

Facebook ABŞ prezidentinin bu şəbəkənin ona qarşı düşmən mövqeyinə malik olmasına dayir iddiasını əsassız adlandırıb.

İRİB-in verdiyi məlumata görə, Facebook-un rəhbəri Mark Zakerberq bir müraciətdə bu sosiyal şəbəkənin ABŞ-da son prezident seçkilərindəki rolunu müdafiə edərək Donald Trampın facebook-un ona qarşı düşmən rəftarı barədə ittihamını əsassız adlandırıb.

Mark Zakerberq deyib: ABŞ prezidenti və onun himayədarları Facebooka qarşı həqiqəti əks etdirməyən mövqelər tururlar.

Donal Tramp çərşənbə günü Facebook-u anti-Tramp şirkət kimi təqdim edərək onu tənqid etmişdir. Tramp Facebook-un 2016-cı il ABŞ-da prezident seçkiləri rəqabətlərindəki rolunu sual altına almışdı.

ABŞ senatı və nümayəndələr palatasının informasiya komitələri Google, Tvitter və Facebook şirkətlərindən 2016-ci il prezident seçkiləri dövründə Trampın Rusiya ilə yaxın əlaqələri barədə şahidlik etmələrini istəyib.

Facebook son vaxtlar bir məlumat yayaraq 2016-cı ildə rus istifadəçilər tərəfindən Trampın xeyirinə olaraq seçkilərə təsir məqsədi ilə 3 min təbliğat materialının bu şəbəkədə yerləşdirildiyini bildirmişdir.