Okt 05, 2017 14:11 Asia/Baku
  • İŞİD-in Misrata şəhərinə hücumunun tələfatı artıb
    İŞİD-in Misrata şəhərinə hücumunun tələfatı artıb

İŞİD terror qruplaşması ünsürlərinin Liviyanın Misrata şəhərinin mərkəzində bir məhkəmə binasına hücumunda dörd nəfər həlak olub, 41 nəfər yaralanıb.

Əlcəzirə televiziyasının məlumatına görə, silahlı şəxslər Liviyanın Misrata şəhərinin mərkəzində bir məhkəmə binasına hücum ediblər. Nəticədə 4 nəfər həlak olub, 41 nəfər yaralanıb. İŞİD bu hücumun məsuliyyətini üzərinə götürüb. Həlak olanlardan biri sivil, üçü isə təhlükəsizlik məmuru olub. Misrata təhlükəsizlik rəsmilərindən biri deyib: Partlayıcı kəməri olan üç silahlı şəxs ilk öncə məhkəmənin gözətçilərinə atəş açıb və sonra məhkəmə binası yaxınlığında üzərilərindəki qurğuları işə salıblar. BMT-nin nümayəndəliyi bu aktı pisləyərk bildirib ki, aktın qurbanları sadəcə vətəndaşlar və dövlət qurumlarının işçiləridir və bu akt beynəlxalq qanun-qaydalar və insan haqlarını pozur. 

Teqlər