Okt 08, 2017 12:40 Asia/Baku
  • Quterreş nüvə anlaşmasının qorunub saxlanılacağına ümid edir

Birləşmiş Millətlər Təşkilatının baş katibi İranın 5+1 qrupu ilə nüvə anlaşmasının qorunub saxlanılacağına ümid etdiyini bildirib.

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş ABŞ prezidenti Donald Trampın bu ölkənin İran ilə nüvə anlaşmasından çıxmasına cəhd göstərdiyini bildirərək, deyib ki, bu beynəlxalq müqavilə Təhlükəsizlik Şurasının qətnaməsinə əsaslanır və  bu müqavilədə digər mühüm tərəflər də iştirak edirlər.

Birləşmiş Millətlər Təşkilatının baş katibi bildirib ki, İranın 5+1 qrupu ilə nüvə anlaşması kollektiv təhlükəsizliyin təmini istiqamətində irəliyə doğru atılmış mühüm bir addımdır. O, nüvə anlaşmasının qorunub saxlanılacağına ümid etdiyini vurğulayıb.

ABŞ prezidentinin twitt-lərinə və onun Şimali Koreyanın nüvə proqramından məyus olmasına reaksiya verən Quterreş deyib: Bütün ölkələrin bir araya gəlmələri üçün Təhlükəsizlik Şurasının birliyinin qorunması olduqca önəmlidir.

 

 

Teqlər