Nigeriya məktəblərində hicaba qadağaya etiraz
https://azeri.sahartv.ir/news/dünya-i285019-nigeriya_məktəblərində_hicaba_qadağaya_etiraz
Nigeriyanın cənub qərbində Ogun vilyətindəki müsəlman icma bu vilayət rəhbərliyindən məktəblərdə hicabın azad edilməsini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 12, 2017 18:01 Asia/Baku
  • Nigeriya məktəblərində hicaba qadağaya etiraz
    Nigeriya məktəblərində hicaba qadağaya etiraz

Nigeriyanın cənub qərbində Ogun vilyətindəki müsəlman icma bu vilayət rəhbərliyindən məktəblərdə hicabın azad edilməsini istəyib.

Quran xəbər agentliyinin verdiyi məlumata görə, Nigeriyanın Ogun vilayətinin müsəlmanlar icması Abu Kata məscidinə toplaşaraq hökumət başçılrından müsəlman məktəblilərə məktəb uniforması ilə yanaşı islami hicabdan istifadə icazəsi vermələrini istəyiblər. 

İclasa Nigeriya dini rəhbərlərindən olan Tacəddin Adiunmi anti-islam qanunlara qarşı müsəlmanlari birləşməyə çağırıb. 

Bu iclasda müsəlman şagirdlərin valideynləri məktəblərdə hicaba qoyulmuş qadağadan narazı qaldıqlarını bildiriblər. 

Valideynlər həmçinin hicablı məktəbli qızların müəllimlər və məktəb direktorları tərəfindən incidilmələrinə etiraz ediblər.