Hindistanın nəzarətində olan Kəşmirdə hökumətə qarşı aksiya keçirilib
https://azeri.sahartv.ir/news/dünya-i285453-hindistanın_nəzarətində_olan_kəşmirdə_hökumətə_qarşı_aksiya_keçirilib
Hindistanın nəzarətində olan Kəşmirdə əhali Narenda Mudi hökumətinin təcavüzkar və repressiv siyasətlərinə qarşı etiraz aksiyası keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 19, 2017 17:18 Asia/Baku
  • Hindistanın nəzarətində olan Kəşmirdə hökumətə qarşı aksiya keçirilib
    Hindistanın nəzarətində olan Kəşmirdə hökumətə qarşı aksiya keçirilib

Hindistanın nəzarətində olan Kəşmirdə əhali Narenda Mudi hökumətinin təcavüzkar və repressiv siyasətlərinə qarşı etiraz aksiyası keçirib.

Səhərordu televiziyasının verdiyi məlumata görə, dünən Kəşmirin Hindistan hissəsinin müxtəlif şəhərlərində əhali Hindistan hökumətinə qarşı şüarlar səsləndirib, təhlükəsizlik qüvvələrinin yerli əhaliyə qarşı qırğın və işkəncə əməliyyatlarını pisləyərək bu kimi hərəkətlərin durrudulmasını istəyiblər. 

Bu aksiya təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında qarşıdurma ilə nəticələnib və 7 nümayişçi yaralanıb. 

Son həftələr ərzində Kəşmir Hinditan hökuməti əleyhinə etiraz aksiyalarının şahididir. 

Hindistanın nəzarətində olan Kəşmirdə vəziyyət iyul ayından bəri Əl-Mucahidin partiyasının komandanının öldürülməsindən sonra gərginləşib. 

O vaxtdan bəri Hindistan təhlükəsizlik qüvvələrinin narazı kəşmirlilərə qarşı hücumlarında 300 nəfər ölüb minlərlə adam yaralanıb.